“Maşın”ın bugünkü qurbanı odur

22:18 05-10-2019 449

Ölkənin ən bahalı telelayihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin sayca beşinci buraxılışı başlayıb.

HerGun.Az xəbər verir ki, 14 məşhurun avtomobil uğrunda apardığı gərgin mübarizə davam edir. Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov ATV-nin canlı efirində səsvermənin nəticələrini açıqlayıb.

Oyunda öz mövqeyi ilə seçilən müğənni Niyam Salami şəkili daha çox qutuya atıldığından, məhz o, şouda “qalmaq” üçün tribunaya çıxaraq tamaşaçılardan səs istəyib: 

“Düşünürdüm ki, ya Nazim Pişiyarı, ya da Aqşin Fateh tribunaya çıxacaq. Mən Masallının Ərkivan kəndində doğulmuşam və yalnız oradan səs gözləyirəm”.

Niyam şou ərzində, yəni bir azdan hədəfinin kimliyini açıqlayacağını dilə gətirib.