“Maşın”da qalmaqal: Bayırda mənimlə kişi söhbəti edərsən

22:54 05-10-2019 506

“Maşın” şounun “Maskarad” adlı buraxılışının bugünkü efiri də qalmaqalsız ötüşmür. 

Səsverməyə çıxan müğənni Niyam Səlami hədəf olaraq iki nəfərin açını çəkib, bu isə söz ustadı Aqşin Fatehi özündən çıxarıb.
 
“Kişi kimi açıq şəkildə hədəfini açıqla” - deyə Aqşin əsəblə bildirib.
 
Səlami öz növbəsində əsəbi şəkildə arxasını Fatehə çevirərək, “kişi” söhbətinə sərt reaksiya verib:
“Nə kişi-kişi salmısan? Kişiliyin axı bura nə dəxli var? Bura oyundur. Bayırda mənimlə kişi söhbəti edərsən”.
 
Şounun aparıcısı Murad Dadaşov yaranan mübahisəyə su səpərək hər iki tərəfi əsəblərini cilovlamağa çağırıb və mikrofonu Aqşin Fatehə uzadıb.
 
Meyxanaçı isə çıxışına bu sözlərlə davam edib: 
 
“Mən ilk gündən necə gəlmişəmsə, elə də alnıaçıq, başı yuxarı buranı tərk edəcəyəm. Oyunda güclülər gedib, tülkülər qalıb. Sözümün canı ondadır ki, Niyamla Nazim torba qurub”.