“Azərbaycan gözəli” dənizdə boğulurmuş - FOTO

15:27 28-06-2019 652

“Azərbaycan gözəli 2019”-un qalmaqallı qalibi model Melisa Nuriyevanın başına xoşagəlməz iş gəlib.

HerGun.Az xəbər verir ki, Melisa ötən ilin bu günü dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşdiyini bildirib.

O, şəxsi “Instagram” hesabında dəniz kənarında foto paylaşaraq hadisəni bu cür şərh edib:

Tam bir il. Allahım, keçən ilin bu günündə məni dənizin əlindən alıb, ölümdən qurtarıb həyata qaytardığın üçün, hər günüm üçün sənə şükür edirəm. Möcüzəyə gözlərimlə şahid oldum, ya Rəbbim. Demək, Allah insanlara yenidən yaşam şansı verirsə, deməli, bir bildiyi var”.

Qeyd edək ki, M.Nuriyeva ADİU-nin məzunudur. O, ölkəmizlə yanaşı, xaricdə keçirilən bir sıra gözəllik müsabiqələrində iştirak edib. Melisa Azərbaycan gözəli-2019” və Brand of Azerbaijan awards-2019” İlin modeli” nominasiyasında qalib olduqdan sonra tanınmağa başlayıb. 

Rəşad Əliyev