Bakıda ər arvadını metro yaxınlığında öldürdü: 20 bıçaq zərbəsi vurub - FOTO

21:45 06-10-2019 528

Bakıda ər arvadını qətlə yetirib.
 
APA-nın məlumatına görə, hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb.
 
Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.
 
Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.