“Maşın”da hədəf bilindi

22:36 06-10-2019 486

MGP-nin ərsəyə gətirdiyi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin növbəti gecəsinə start verilib.

HerGun.Az xəbər verir ki, ATV telekanalında canlı yayıma çıxan şouda 12 məşhur - səkkiz xanım, dörd bəy avtomobil uğrunda mübarizəyə başlayıb.

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb.

Beləliklə, bu gecə də şəkli qutuya atılan Əməkdar artist Fatma Mahmudova olub. O, tribunaya çıxaraq oyunda qalıb, 50 min manatlıq avtomobil uğrunda mübarizə aparmaq üçün tamaşaçılara səslənib:

“Keçən səfər də qeyd etdim, indi də deyirəm, heç nədə gözüm yoxdur. Əziz tamaşaçılar, sizdən səs istəmirəm. Göndərsəniz də sağ olun, göndərməsəniz də”.

Hazırda Fatma Mahmudovanın şoudakı aqibəti həll olunur. Bu, şounun sonunda bəlli olacaq. 

Rəşad Əliyev