Avstraliyada meyvələrdə iynələr tapılır

06:09 07-10-2019 511

Avstraliya polisi meyvələrdə iynələrin aşkar olunmasına dair istintaq aparır.

7News” xəbər verir ki, növbəti dəfə iynə üzüm içində tapılıb.

Melburn sakini Xloya Şou tapıntı haqqında polisə müraciət edib və şəkli Facebook səhifəsində paylaşıb.

Polis əhalini diqqətli olmağa çağırıb vəhər hansı məlumat əldə etdikdə hüquq-mühafizə orqanlarına bildirməyi xahiş edib.

Məlumata əsasən, cinəyatkar 10 ilədək həbs ala bilər.  

Qeyd edək ki, sentyabr ayında iynələr çiyələkin içində tapılıb.