Ukraynada yarış avtomobili tamaşaçı kütləsinə girdi – VİDEO

07:36 07-10-2019 407

Ukraynanın Çerkass şəhərində keçirilən “Time Attack” formatlı avtomobil yarışmasında bədbəxt hadisə baş verib. Yüksək sürətlə hərəkət edən maşın idarəetməni itirib və tamaşaçı kütləsinə girib.

Hadisə nəticəsində 31 yaşlı kişi ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Yerli KİV-nin məlumatına görə, tras yarışlar üçün hazırlıqlı olmayıb.