Amerikalı sürpriz etmək istəyən qaynını öldürdü

08:36 07-10-2019 438

Florida (ABŞ) sakini Riçard Dennis ad gününə sürpriz etmək istəyən qaynı Kristofer Berqanı gülləliyib.

People” xəbər verir ki, Berqan qaynatasını təbrik etmək üçün xəbərdarlıq etmədən Norveçdən ABŞ-a gəlib.

Yerli polisin bildirdiyinə görə, hadisədən bir gün qabaq Berqan evinə gələn başqa bir adamla mübahisə edib və onu qovub.

Nəticədə kolluqdan atılaraq onu təəcübləndirmək istəyən qaynı ürəyindən güllə yarası alıb. Hadisə yerinə gələn həkimlər cavan oğlanın öldüyünü bildiriblər.