51 yaşlı kişi evinin qarşısında döyüldü

10:27 07-10-2019 377

Şəkidə 51 yaşlı kişi evinin qarşısında döyülüb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə küçəsi 147, ev 28-də yaşayan Çingiz Cəlil oğlu Zəkəryəyev yaşadığı evin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. 

Xəsarət alan Ç.Zəkəryəyev Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub. 

Fakt araşdırılır.