Ağsuda it qadına hücum etdi - FOTO

10:36 07-10-2019 475

Ağsuda qadını it dişləyib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Abbasxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədova Xalidə Tapdıq qızı həyətdə iş görərkən itin hücumuna məruz qalıb. Qolları yaralanan qadın dərhal yaxınları tərəfindən Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardımdan sonra qadın evə buraxılıb. 

Ailə iddia edir ki, itdə quduzluq əlamətləri var. Hətta həyətdəki toyuqlar da it tərəfindən boğulub.

Rəşad Aydın