Rəfiqələr ortaq sevgililərindən intiqam aldı: Butulka ilə döydü, maşınla əzdi

14:09 07-10-2019 531

Almaniyanın Brandenburq regionunun Frankfurt-na-Odere şəhərində iki qadın ortaq sevgililərinə qarşı beş dəfə sui-qəsdə cəhd etməkdə ittiham edilərək, həbs olunub. 

Bununla bağlı “Dailymail” nəşri məlumat yayıb. 

2018-ci ilin noyabrında 36 yaşlı Ralf Lemann, 30 yaşlı Henrietta R. və 21 yaşlı Mişel F. birgə intim əlaqəyə giriblər. Bundan sonra Mişel Lemanndan 800 avro pul tələb edib, ancaq kişi bu pulu hissə-hissə verə biləcəyini deyib. 

Ehtimal olunur ki, Mişel və rəfiqəsi Henrietta kişidən intiqam almaq və onu öldürmək qərarına gəlib. Onlar Lemannın içkisinə narkotik qatıb və meşəyə gediblər. Qadınlar dəmir parçası ilə kişinin başından zərbə vurub. Bununla ürəyi soyumayan qadınlar huşsuz vəziyyətdə olan Lemannı butulka ilə döyüblər. 

Kişinin hərəkət etdiyini görən rəfiqələr maşınla onun üstündən keçib. Qadınlar daha sonra ortaq sevgililərini bıçaqlamaq istədiyi zaman kişi aldığı xəsarətlərə baxmayaraq, onlardan xilas ola bilib. 

Lemann qaçdıqdan sonra qızların köməyinə tanışları, 19 yaşlı Cozefina S. gəlib. O, qaçan şəxsi tapmaqda onlara yardımçı olacağını söz verib. 

Mişel və Henrietta hakim qarşısına çıxarılıb və məhkəmənin qərarı ilə dörd il müddətinə azadlıqdan məhrum edilib. Cozefina S. isə cinayətdə iştirak üçün razılıq verdiyinə görə bir il altı ay müddətinə şərti həbs olunub.