Sevil-Sevinc bacılarından bəd - XƏBƏR

14:18 07-10-2019 636

Müğənnilər Sevinc və Sevil Səfərovanın insult keçirən anası hələ də reanimasiyadadır.

Bu barədə HerGun.Az-a bacıların prodüseri Aysel məlumat verib.

“Hazırda reanimasiyadadır. Çox güman ki, ya sabah, ya da birisi gün palataya köçürüləcək. Hazırda vəziyyəti normaldır. Səhhəti yaxşılığa doğru gedir”, - deyə prodüser qeyd edib.

Qeyd edək ki, bacıların anası ayın 2-də insult keçirib. Bu barədə özləri sosial şəbəkə səhifələrində məlumat yayıblar.

Sevinc Yasinqızı