Bakıda 18 yaşlı qızı oğurladılar
16:18 07-10-2019 506
Bakıda gənc qız oğurlanıb.
Report-un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü S.Ə. adlı qız Mətləb adlı şəxs tərəfindən qaçırılıb.
Bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.