Plastik əməliyyat etdirən meyxanaçı Samirəyə sevgilisi baş çəkdi - FOTO

20:09 07-10-2019 513

Məşhur meyxanaçı Samirə Yusifqızı cərrahi əməliyyat keçirib. 

HerGun.Az xəbər verir ki, sənətçi qarnındakı piyləri çıxartmaq üçün cərrah masasına uzanıb. O, abdomoplastika yolu ilə o qarnındakı artıq piylərdən azad olub. Meyxanaçı şəxsi “Instagram” hesabında xəstəxanadan fotolar paylaşıb.

Palataya köçürülən Samirə özünü yaxşı hiss etdiyini, əməliyyatın uğurlu keçdiyini bildirib. Yaxınları xəstəxanaya gələrək ona baş çəkiblər. Onlar arasında sənətçinin sevdiyi şəxs də olub. Yusifqızı həmin şəxslə birgə fotosunu paylaşaraq, pnun üzünü ürək işarəsi ilə bağlayıb.

Qeyd edək ki, Samirə Yusifqızı bir müddət öncə şəxsi həyatı ilə gündəmə gəlib. O, yaşca özündən kiçik şəxslə münasibətdə olduğunu söyləyib. 

Rəşad Əliyev