Sürücünün halı pisləşdi, maşını ağaca çırpdı

00:09 08-10-2019 367

Qazax rayon sakini, 1963-cü il təvəllüdlü Cavanşir Əmiraslanov “Mercedes-Benz” markalı avtomobili idarə edərkən anidən özünü pis hiss edib və nəqliyyat vasitəsi idarəetmədən çıxıb. 

Nəticədə maşın Ağstafa rayon Qırlı kənd sakini, 1975-ci il təvəllüdlü Gülşən Tağıyevanı vurub, daha sonra yol kənarındakı ağaca çırpılıb.

Müxtəlif bədən xəsarətləri alan piyada və halı pisləşən sürücü xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.