Prezident Biləsuvarda yol tikintisinə 5,6 milyon manat ayırdı

17:45 28-06-2019 943

Prezident İlham Əliyev Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. 

Sənədə əsasən, on iki min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Bəhrəmtəpə (56 km)-Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.