Maradonanın qələbə rəqsi sosial şəbəkələri “partlatdı” – VİDEO

06:36 08-10-2019 534

Argentina çempionatında “Qadoy-Krusa” qalib qələn “Ximnasiya”nın baş məşqçisi Dieqo Maradona oyundan sonra soyunub-geyinmə otağında rəqs edib.

Rəqsin videosu Argentina sosial şəbəkələrini “partladıb”: gün ərzində ona 1.7 milyon insan baxıb.

Xatırladaq ki, əfsanəvi futbolçu sentyabrın əvvəlində “Ximnasiya”nın baş məşqçısı təyin edilib.