Daş karxanasında ölüm: darvaza kişinin başına dəydi

13:36 08-10-2019 408

Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən karxanaların birində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu karxananın darvazasının qarşısında müxtəlif dərəcəli xəsarətlərlə aşkar edilib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Y.Bayramov iri yük avtomaşınların giriş-çıxışı üçün nəzərdə tutulan darvazanı rəngələmək istəyərkən qapı onun baş və sifət hissəsinə dəyib.

Fakt araşdırılır.

Dursun Tağıyeva