İmişlidə qadın bıçaqlandı

14:36 08-10-2019 347

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bəhramtəpə qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Əliyev Ayna Əli qızı naməlum şəxs tərəfindən bıçaqlanıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.