Ölkənin Baş nazirinin dəyişdirilməsi tamamilə məntiqlidir və buna görə də... - TƏHLİL

15:36 08-10-2019 15

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il aprelin 21-də Novruz Məmmədovun Baş nazir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Və düz bir il yarım sonra Məmmədov vəzifəsindən istefa verib.

Təəcüblü deyil ki?

Media.Az yazır ki, bu, təəccüblü deyil və olduqca təbiidir. Prezidentin hökumətə və son bir neçə ildə ölkənin bütün bürokratik tərkibi qarşısında hansı vəzifələr qoyduğunu nəzərə alaraq, hökumət başçısının istefası olduqca təbiidir. Buna əmin olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildə andiçmə mərasimində söylədiyi sözləri xatırlatmaq kifayətdir.

“Önümüzdəki illərdə iş mühitinin yaxşılaşdırılması üçün əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflığı təmin etmək, bütün mənfi hadisələrə son qoymaq lazımdır”, - dövlət başçısı o zaman deyib.

Və bu, hökumət komandasının üzvlərindən tutmuş ölkənin dövlət idarələri və qurumlarının adi işçilərinə qədər bütün hökumət üzvlərinin eşitdikləri və qəbul etməli olduqları güclü bir siqnal idi.

Bütün mənfi hadisələrə son qoyun... Və belələrinə yalnız rəsmi vəzifələrdən sui-istifadə edilənlər deyil (Biz Prezident İlham Əliyevin xalqına xidmət etmək öhdəliyini unutmuş şəxsləri necə sərt şəkildə işdən azad etməsini görmüşük), eyni zamanda, dövlət işlərində fəal olmayan şəxslər də aiddir. 

Prezident İlham Əliyev bundan əvvəl də sübut edib ki, onun sözləri əməlləri ilə uzlaşır, son illər isə o, daha sərt və prinsipial hərəkət edir. Hər şey Azərbaycan üçündür! Hər şey xalqımız üçündür! O, bu devizləri rəhbər tutur və bu mübarizədə heç kimə güzəştə gedilməyəcək, hətta Novruz Məmmədov kimi dövlət başçısına sadiq olan adamlara da...

Əlbəttə ki, hələ Heydər Əliyevin komandasında işləməyə başlayan, daha sonra hazırkı Prezident İlham Əliyevin komandasında xidmətini davam edən ləqayətli və sadiq insana heç kim şübhə etməz. Ancaq Novruz Məmmədovun qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bildimi? Etimadı doğrultdumu? Söhbət Azərbaycan xalqının etimadından gedir, dövlət başçısı da bütün ölkənin və xalqın adından hərəkət edir. Xeyir, doğrultmayıb. 

Rəqəmlərə və faktlara müraciət edək, Cari ilin ilk altı ayında iqtisadiyyatımızın 2,4 faiz, neft sektorunun 3,2 faiz, qeyri-neft sektorunun 15,7 faiz artmasını sabiq baş nazirinin xidməti kimi saymaq olarmı? Əlbəttə ki, yox. Çünki bu islahatların əsasını prezident özü qoyub və göstərdiyimiz statistika yalnız dövlət başçısının özünün düşünülmüş siyasətinin nəticəsidir. 

Azərbaycan Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə daxilomaların planda göstərildiyindən 440 milyon manatdan çox artmasını Novruz Məmmədovun nailiyyəti hesab etmək olarmı?

Əlbəttə ki, yox, çünki vergi və gömrük sahələrində islahatların təşəbbüskarı Azərbaycan Nazirlər Kabineti deyil, dövlət başçısının özüdür. Hərçənd, nəzəri baxımından məhz hökumət bu təşəbbüslərlə prezidentə müraciət etməli və təklif olunan layihənin real iqtisadi fayda gətirəcəyini sübut etməlidir. 

Və nəhayət, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cari ilin əvvəlindən təsdiqlənmiş böyük sosial paketdə əskini tapan sosial nailiyyətləri Novruz Məmmədovun hesabına yazmaq olarmı?

Yenə də cavabımız inkarda olacaq, çünki keçmiş hökumət başçısı kimi, təəssüf ki, bu təşəbbüslərə heç bir aidiyyəti olmayıb, bunlar yalnız Prezident İlham Əliyevə məxsus olub. Ümumilikdə dörd milyondan çox insanı, yəni ölkə əhalisinin 40 faizini əhatə edən sosial təşəbbüslərin idarəsi isə Nazirlər Kabineti səviyyəsində Novruz Məmmədova tapşırılıb.  

Bu insanın gözləntiləri niyə doğrultmadığı barədə qısaca danışaq. Ola bilsin ki, məsələ yaşda deyil, sadəcə yükün öhdəsindən gəlməyib. Bu ehtimal doğrudursa, demək, son illər gənc, təşəbbüskar, qeyri-standart düşünməyi bacaran insanları hakimiyyətin tərkibinə daxil edən İlham Əliyev haqlıdır.

Artur Rasizadənin Baş nazir olduğu dövrdəki hökumətdəki olan şəxslərin orta yaşına nəzər salsaq və onu hazırkı hökumətdəki tərkiblə müqayisə etsək, açıq-aşkar fərqi görərik, bu fərq ən azı 15-20 ilə bərabərdir. 

Son illər Prezident İlham Əliyev yeni nazirlər, vergi, əhalinin əmək və sosial müdafiəsi ilə məşğul olan qurumlara, Dövlət Gömrük Komitəsinə və bir sıra digər dövlət strukturlarına yeni rəhbərlər təyin edib və bu cür kadr dəyişiklərinin iqtisadi səmərəsi özünü çox gözlətməyib.

Bu isə o deməkdir ki, İlham Əliyevin yürütdüyü dövlət orqanlarının rəhbərlərinin cavanlaşdırılması siyasəti özünü doğruldur. Axı dövlət xidmətində uğur qazanmağın yeganə şərti yalnız fəaliyyətin tam şəffaflığı, qısa müddətdə nəticələrə nail olmaq və Azərbaycan əhalisinin rifahının yaxşılaşdırılmasına yönələn işlərin maksimum səmərəliliyidir.