“Maşın”da növbəti mübarizə: Hədəfdə Aysundur - FOTO

22:36 08-10-2019 669

“MGP”nin ərsəyə gətirdiyi, ölkənin ən reytinqli və bahalı realiti şousu “Maşın” “Maskarad” adlı sürəti ilə ATV-də səkkizinci efirinə start verib.  

HerGun.Az xəbər verir ki, 18 məşhur ilə başlayıb, 10 məşhurla davam edən şounun daha bir gərgin və intriqa dolu oyunu başlayıb.  

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov avtomobil uğrunda mübarizə aparan iştirakçıların səsvermə nəticələrini açıqlayıb.  

Səsvermədə şəkli 8 dəfə qutuya atılan müğənni Aysun İsmayılova oldu. Gənc ifaçı tribunaya çıxaraq, tamaşaçılardan şouda “qalması” üçün səs istəyib: 

“Azərbaycan xalqından səs istəyirəm. Mənim anam sizin ona verdiyiniz çörəklə məni böyüdüb. Sizdən, əziz tamaşaçılar, bu dəfə özümə səs istəyirəm”.  

Aparıcı Murad Dadaşovun “hədəfin kimdir?” sualına Aysun bu cür cavab verib: “Dünəndən xahiş etdim ki, mənim şəklimi atın. Haqsızlığa dözə bilmirəm. Hədəfim artıq bəllidir, ad çəkməyəcəyəm. Şouda qalsam, hədəfimi deyib onu da çıxardacam. Hədəfimin adını gizli saxlamaq istəyirəm”. 

İsmayılovanın oyunda qalıb, ya gedəcəyini isə tamaşaçılar müəyyən edəcək.  

Rəşad Əliyev