Bıçaqlayıb, sonra da pulunu almaq istədilər

00:45 09-10-2019 632

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, naməlum şəxslər Səməd Vurğun bağının yaxınlığında naməlum şəxs və ya şəxslər 1992-ci il təvəllüdlü Qəhrəmanov Xəyal İlham oğlunu bıçaqlayıblar.  

Daha sonra onun pulunu və telefonunu almaq istəyiblər. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.  

Ona qarının sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.  

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu