1896-cı il: dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi - FOTO

08:09 09-10-2019 712

Hind rahibi Svami Şivananda (Swami Sivananda) dünyanın ən yaşlı sakini adına real namizəddir.

“Daily Mail” xəbər verir ki, Kəlküttadan Londona tranzitlə səyahət edən hindin pasportu Əbu-Dabi (BƏƏ) şəhərinin hava limanı əməkdaşlarının diqqətini cəlb edib.

Sənədə əsasən Svami Şivananda 1896-cı ilin 8 avqustunda Hindistanda anadan olub. Əgər sənəddəki məlumatlar düzdürsə, 123 yaşlı Şivananda Yer kürəsinin sağ olan ən yaşlı adamı hesab edilir.

Kişi yaşından daha cavan görünür. Cavanlığın sirrini rahib yoqada, intizamda və cinsi əlaqələrdən imtina da olduğunu bildirib.

“Mən sadə qidalanıram: ancaq bişmiş, yağsız və ədviyatsız yeməklər yeyirəm. Süd və meyvə də yeməkdən vaz keçirəm”, - deyə hindli qeyd edib.

Daha əvvəl jurnalistlərə verdiyi müsahibədə rahib bildirib ki, 5 yaşında valideynlərini itirib. Şivananda böyüdükdən sonra həyatını rahibliyə həsr etmək qərarına gəlib.

Şagirdləri ona dəfələrlə məsləhət görüblər ki, planetin ən yaşlı adamı kimi tanınmaq üçün “Ginnesin rekordlar kitabına” müraciət etsin.