Afaqın “Malena” obrazı səs-küy yaratdı - FOTO

13:54 09-10-2019 698

“ATV Maqazin 10larla” verilişinin aparıcısı Afaq Gəncəlinin paylaşdığı foto müzakirələrə səbəb olub.

HerGun.Az xəbər verir ki, Afaq dünya şöhrətli italiyalı aktrisa Monika Belluçinin yaratdığı əsrarəngiz və cəsarətli Malena obrazını təkrarlayıb.

Fotoda Gəncəlidən savayı, müğənnilər Zamiq Hüseynov, Ayaz Qasımov, Əhməd Mustafayev, Samir Piriyev və Ceyhun Zeynalov da təsvir olunub.

“Mənim dəyərli dostlarım, siz nəinki gözəl ifaçılarsınız, həm də yaxşı dostlarsınız”, - Afaq “Instagram” hesabında yazıb.

Foto ilə bağlı HerGun.Az-ın əməkdaşı Afaq Gəncəli ilə əlaqə saxlayıb.

O, sosial media hesabında yayımladığı fotonu bu cür şərh edib.

“Çalışdığım ATV telekanalından bizə hər hansı məlumatı saytlara yaymağa qadağan ediblər. Fotonu yaymağa belə icazə yox idi. Amma gördüyünüz kimi, öz səhifəmdə paylaşmışam. 

Sadəcə, onu deyə bilərəm ki, yaratdığım “Malena” obrazı hazırladığımız yeni bir televiziya layihəsi ilə əlaqədərdir. Sözügedən veriliş bir-iki aya tamaşaçılara təqdim olunacaq”.

Rəşad Əliyev