Sadiq heyvan sahibini qəbirdən çıxarmağa can atdı – VİDEO

07:40 29-11-2019 796

Çində Xutzı ləğəbli it sahibinin qəbirini qazıb.

“Daily Mail” xəbər verir ki, it son 10 ili yaşlı kişi ilə keçirib.

Lakin kişi xəstəlikdən vəfat edib. Onun ailəsi iti özləri ilə qəbir üstünə aparıblar.

Xutzı evə qayıtmaq istəməyib və qəbiri qazıb. Bu haqda ölən kişinin qızı danışıb:

“Sonra o qəbirin yanında uzandı və oradan getmək istəmirdi”.

Onun sözlərinə görə, sahibi öləndən sonra it 3 gün nə yemək yeyib nə də su içib.