Ana və iki övladı dəm qazından zəhərləndi

11:20 29-11-2019 409

Ana və iki övladı dəm qazından zəhərlənib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qusar şəhərində qeydə alınıb.

42 yaşlı Elnarə Zahuddin qızı Əhmədova və iki oğlu -10 yaşlı Rəfael Əhmədov və qardaşı, beş yaşlı Eduard Əhmədov dəm qazından zəhərlənib. Onlar dərhal Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstələrə tibbi yardım göstərilib, vaxtında xəbər tutulduğundan onların həyatı xilas edilib.