Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15 faiz gömrük rüsumu tətbiq ediləcək

12:20 29-11-2019 733

Sabahdan Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15 faiz gömrük rüsumu tətbiq olunacaq.

HerGun.Az xəbər verir ki, Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə görə, sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə avtomobil benzini 15 faiz gömrük rüsumundan .

Rüsumun müvəqqəti ləğvi ilə bağlı müəyyənləşdirilmiş 90 gün müddəti sabah başa çatacaq və qərar qüvvədən düşəcək.

Qeyd edək ki, Nazirlər Kabineti 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edib.

Sabahdan isə benzinin hər tonu üçün 200 manat aksiz dərəcəsi tətbiq olunacaq.

İlhamə Əbülfət