Daha səkkiz komanda Avropa Liqasının “pley-off”una vəsiqə qazanıb

14:20 29-11-2019 624

UEFA Avropa Liqasının pley-off mərhələsinə çıxan komandaların sayı 13-ə çatıb.

HerGun.Az xəbər verir ki, daha səkkiz komanda adını bu turnirin 1/16 final mərhələsinə yazdırıb.

Bunlar APOEL (Kipr), “Sportinq”, “Braqa” (hər ikisi Portuqaliya), LASK (Avstriya), “Gent” (Belçika), “Volfsburq” (Almaniya), “Vulverhempton” (İngiltərə) və “Alkmaar” (Hollandiya) klublarıdır.

Qeyd edək ki, daha əvvəl “Sevilya”, “Espanyol” (hər ikisi İspaniya), “Bazel” (İsveçrə), “Seltik” (Şotlandiya) və “Mançester Yunaytid” (İngiltərə) bu mərhələyə vəsiqə qazanmışdı.

Səbuhi Musayev