Yenilənmiş “Lexus GX 460” - FOTO

16:40 29-11-2019 591

Universallıq – bu söz dəbdəbəli “Lexus GX” modelini xarakterizə edir. Yol şəraitindən asılı olmayaraq rahat idarəetməni təmin edən avtomobil, ekstremal vəziyyətlərdə belə özünü çox inamlı hiss edir. İstər dik yamac, istərsə də qıvrılan dağ yolları olsun, “Lexus GX” modeli dünyanın ən mürəkkəb və ən çətin yollarının öhdəsindən gəlmək gücünə və bacarığına malikdir.

“Lexus GX” hər şeydə eksklüzivdir. O, yeddi sərnişin üçün oturacaqlarla təchiz edilir. Ön oturacaqların qızdırılması və havalandırması baza modeli üçün əlavə avadanlıq, “Premium” və “Luxury” komplektasiyaları üçün isə standartdır.

2020-ci ilin modelinin yeni korporativ dizayn üslubunda formaya və L-şəkilli elementlərə malik olan yeni radiator barmaqlığı öz qeyri-adiliyi ilə diqqəti çəkir. Radiator barmaqlığı, standart təchizata daxil olan və üç kiçik işıqdiodundan ibarət olan “Premium Triple Beam LED Headlamps” ön fənərlər avtomobilə xüsusi cazibədarlıq bəxş edir. “Lexus GX” modeli üçün tərkibinə yeni 19-düymlük yüngül lehimli disklər, ön və arxa  bamperlərinin aerodinamik işləmələri, yan güzgülərin xüsusi dizaynı, arxa səsboğucu sistemin borularının xrom sonluqları daxil olan opsional Sport Design tərtibat dəsti də təklif olunur.

Zəriflik “Lexus GX 460” modelinin standart komplektasiyasına daxildir. Əlavə avadanlıq siyahısına daxil edilmiş, həmçinin xüsusi seçilmiş ağac növlərindən və dəri ilə işlənmiş sükan çarxı standart olaraq qızdırıcı ilə təchiz edilir. Dəlikli “Semi-Anline” dəri və alümunium işlənməli qara ağacdan hazırlanmış dekor elementləri salonu xüsusi dəbdəbə ilə təmin edir.

“Lexus GX” mükəmməl kuzov rəngləri palitrasına malikdir. Bunlar, standart qara rəngdən başqa ağ mirvari, açıq boz metallik, boz metallik, qara metallik, bənövşəyi metallik, göy metallik və bürünc metallik rəngləridir. İnteryer üçün isə 4 rəng təklif edilir: qara, tünd qırmızı, bej və boz-qəhvəyi. Bu rənglər ilə ahəng təşkil edən lazer oymalı qara ağac dekorları salona xüsusi yaraşıq verir.

“Lexus GX 460”, sərnişinlərini hara getmələrindən asılı olmayaraq, onları rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırmaq üçün yaradılıb. Buna standart təchizata daxil olan “Lexus Safety” System + təhlükəsizlik sistemləri kompleksi imkan yaradır. Kompleksinin tərkibinə zolaqda saxlama, yolu daha yaxşı işıqlandıran və sürücünün diqqətinin yayınmasının qarşısını alan yüksək texnologiyalı uzaq işıqları, sürəti sabit saxlayan dinamik radarlar sistemi daxildir.
Yenilənmiş “Lexus GX” avtomobilini “Lexus”-un Azərbaycandakı rəsmi dileri “Lexus Bakı”-dan artıq sifariş edə bilərsiniz.