Rusiyaya qanunsuz mal aparan azərbaycanlı saxlanıldı

17:00 02-12-2019 395

Rusiyanın Belqorod vilayətinə qanunsuz qida aparan azərbaycanlı saxlanılıb.

Kənd təsərrüfatı məhsullarına nəzarət idarəsinin işçiləri Ukraynadan Rusiyaya gedən Azərbaycan vətəndaşının avtomobilinin baqaj daşıyıcısında 28,3 kq yunan qozu və 20,2 kq kartof aşkarlayıblar.

HerGun.Az-ın xəbərinə görə, qanun pozuntularına görə inzibati xəta haqqında üç protokol tərtib edilib və cinayət işləri qaldırılıb.

Məhsul qanunla müəyyən edilmiş qaydada məhv edilib.

Günel Murad