Can Yamandan xanım fanatına: Arxa otağa keçək, sənə sübut edərəm - VİDEO

00:40 04-12-2019 554

Son günlər diqqət mərkəzində olan aktyor Can Yaman növbəti açıqlaması ilə gündəmə gəlib.  

HerGun.Az xəbər verir ki, ötən həftə İspaniyaya gedən aktyor yerli televiziyadakı proqramlardan birinə qonaq olub.  

Can proqram boyu onu sevən xanım pərəstişkarlarının suallarını cavablandırıb.  

Xanımlardan birinin verdiyi “buradan Can Yamanın mükəmməl, ideal bir insan olduğunu düşünərək gedəcəyik. Ancaq bizə Can Yamanın bu dünyadan olduğunu sübut edə biləcək nələrsə deyə bilərsən?” sualına aktyordan hər kəsi şok edəcək cavab verib.  

Sualın türkcə tərcüməsini dinlədikdən sonra o, gülərək əli ilə studiyanın arxasını göstərərək “arxa otağa keçək və mən sübut edim” cavabını verib.  

Amma aktyor tərcüməçinin cavabı ispan dilinə çevirməsinə imkan veriməyib.  

Qeyd edək ki, Can Yaman “Erkençi Kuş” serialı ilə dünyada tanınıb. Son vaxtlar xarici ölkələrə səfərləri və açıqlamaları ilə gündəmdədir.  

Sevinc Yasinqızı