Polis səhlənkarlığı yeniyetmənin ölümünə səbəb oldu

20:20 25-12-2019 397

Rusiyada itkin düşən və sonradan öldürülən yenityetməni axtarmayan polislər məsuliyyətə cəlb edilib.

MK.RU-nun xəbərinə görə, 2018-ci ilin dekabrında 17 yaşlı yeniyetmənin anası polisə gələrək oğlunun təzminat üçün qaçırıldığını bildirib.

Qadın oğlunun qaçırıldığını etiraf edən və pul tələb edilən telefon danışığının audio yazısını sübut kimi göstərib.

 Ancaq polis qadını oğlunun başına heç bir şey gəlməyəcəyinə inandırıb və gənci axtarmaqdan imtina edib.

Ertəsi gün yeniyetmə mənzillərdən birində ölü tapılıb.

Səhlənkarlıq edən polislər məhkəmədə cavab verəcəklər.