İŞİD-i maliyyələşdirməkdə ittiham olunan nənəyə cəza verildi

18:20 27-12-2019 358

Rusiyanın Kalmıkiya respublikasında nənə İŞİD-də üzv olan nəvəsinə pul göndərdiyi üçün məsuliyyətə cəlb edilib.

Vestikafkaza.ru-nun xəbərinə görə, Rusiyada qadağan edilmiş İŞİD terror qruplaşmasının üzvü olan nəvəsinə böyük miqdarda pul köçürən 66 yaşlı təqaüdçüyə hökm oxunub.

O, nəvəsinin hesabına 300 min rubl (8,250 AZN) köçürüb.

Nəvəyə qarşı “Terror fəaliyyətinə yardım” maddəsi ilə cinayət işi açılıb.

Nənə isə səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.