Uruqvayda rekord həcmdə kokain partiyası müsadirə edildi

08:00 28-12-2019 414

Uruqvay hakimiyyəti cümə günü Montevideo limanında içərisində təxminən bir milyard dollar dəyərində 4,4 ton kokain olan konteynerləri, bir müddət  sonra isə Soriano Departamentində bir ton kokain müsadirə edib.

RİA “Novosti”nin məlumatına əsasən, Sorianoda ata və oğul olan yük şirkətinin sahibləri kokaini konteynerlərə yükləyərkən saxlanılıblar.

“Söhbət ölkənin tarixində ən böyük müsadirədən gedir”, - deyə Uruqvay gömrüyünün rəhbəri Hayme Borxi mətbuat konfransı zamanı bildirib.  

Hakimiyyət orqanlarının məlumatına görə, ümumi kütləsi 4417,7 kiloqram olan kokain briketləri paxlalılar saxlanılan konteynerlərdə Toqonun paytaxtındakı Lome limanına göndərilirdi.