“Paşinyan demokratiyası”nın iç üzü: Etiraz edənin sonu çatır...

20:40 28-12-2019 377

Ermənistanda kənd icmalarına qarşı kampaniya yenidən geniş vüsət alır.

“Qraparak” qəzetinin məlumatına görə, əvvəllər Ermənistan rəhbərliyi “narazılar” qrupunun arzuolunmaz rəhbərlərinə qarşı icmalarda etiraz aksiyaları təşkil etməklə onların istefasına nail olurdusa, son zamanlar başqa metodlar işə salınıb.

“Böyük şəhərlərin merləri ilə Ərazi İdarəetməsi və İnkişaf naziri Suren Papikyan “danışıqlar aparır” - əvvəlcə “xoşluqla” aydınlaşdırır ki, onunla çalışmağı məqsədəuyğun hesab etmir və getməyi daha yaxşı olar.

Kiçik icmaların rəhbərləri ilə isə qubernatorlara “işləyir”. Müqavimət göstərənlər kriminal əhvalatlara cəlb olunurlar. Bir neçə gün bundan əvvəl Dilican meri Armen Santrosyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və 75 milyon dram dəyərində zərərvurma ittihamı ilə cinayət işi qaldırılıb. İcevanın keçmiş meri də analoji yolla vəzifəsindən kənarlaşdırılıb. Yayılan məlumatlara görə, bu mənada növbəti Cermuk şəhərinin meri olacaq”, - nəşr qeyd edib.