Kişi bu xəstəliyinə görə hamını yamsılayır - FOTO

17:40 29-12-2019 338

Türkiyədə tik xəstəliyinə tutulan kişi çətin vəziyyətə düşüb.

İHA-nın xəbərinə görə, Kayseri şəhərinin Dəvəli rayonunda yaşayan 55 yaşlı Menderes Yarğının mübtəla olduğu xəstəlik hamını əyləndirsə də, özünü çətin vəziyyətdə qoyur.

Məhəllə sakinlərinin “Çiçəyim” ləqəbi ilə tanıdığı M.Yarğı tutulduğu tik xəstəliyinə görə, qarşısındakını yamsılayır.

“Bu xəstəliyə kiçik yaşlarımdan tutulmuşam. Tanışlarımın hamısının bundan xəbəri var. Həyatımı çətinləşdirir, qarşımdakı nə hərəkət eləsə, məcburən onu yamsılayıram”, - deyən şəxs, bəzən əylənsələr də, eyni zamanda, dostlarının onu hansısa xanımın yanında istəmədiyi hərəkəti etmək məcburiyyətində qoymasından gileylənib.