Süleymaninin ölümü neft nəhənglərini çökdürdü

22:00 05-01-2020 352

ABŞ-ın İran generalı Qasım Süleymanini öldürməsindən sonra ən böyük neft şirkəti olan “Saudi Aramco”nun səhmləri minimuma düşüb. Bu barədə Reuters xəbər verir.

Yanvarın 5-də Ər-Riyad birja bazarının nəticəsinə görə, səhmlər 1,7 faiz - 34,55 riyal (təxminən 9,2 dollar və ya 15,6 AZN) düşüb. Bu, dekabrın 11-dən bəri ən pis rəqəmdir.

Ekspertlər bildirirlər ki, ABŞ-la İran arasında mümkün ola biləcək müharibə qlobal ÜDM-ni 0,5 faiz və ya daha çox aşağı sala bilər. Bu, əsasən İran iqtisadiyyatının çökməsi, eyni zamanda neftin qiymətinin artması ilə əlaqədardır.