Dünyanın ən qoca insanı 117 yaşını qeyd etdi

23:40 06-01-2020 471

Yaponiyada 2019-cu ilin mart ayında 116 il 66 günlüyündə dünyanın yaşayan ən yaşlı insanı olaraq tarixə keçən Kane Tanaka 117-ci doğum gününü qeyd edərək öz rekordunu yeniləyib. 

Yeni yaşını Yaponiyanın Fukuoka şəhərində yaşadığı qocalar evində qarşılayan Tanaka bu ölkənin yaşlı əhalisinin simvolu hesab olunur. 

Qeyd edək ki, Yaponiya son illər gənc əhali sayı baxımından problem yaşayır.