Nokdauna düşən idmançı hakimə hücum etdi - VİDEO

21:40 11-01-2020 495

Qarışıq döyüş sənətlərinin çinli təmsilçisi Szya Ven döyüş zamanı hakimə qarşı ağrıverici fənd işlədib.

Bu qəribə epizod Venin ONE FC turnirində monqol rəqibi Şineçaqtqa Zoltsetseqaya qarşı keçirdiyi döyüşdə yaşanıb. Monqol idmançı görüşün 55-ci saniyəsində güclü zərbə ilə çinlini nokdauna göndərib. Çinli idmançı zərbənin təsiri ilə özünü elə itirib ki, rəqibi əvəzinə hakimə ağrıverici fənd tətbiq edib.

Görüş Şineçaqtqa Zoltsetseqanın qələbəsi ilə bitib