Baş nazirdən magistratura imtahanları ilə bağlı mühüm qərar - bir mərhələ olacaq

20:20 13-01-2020 428

Nazirlər Kabineti Baş nazir Əli Əsədovun Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərarını şərh edib.

Nazirlər Kabinetindən HerGun.Az-a bildirilib ki, dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, qərar magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Hazırda isə imtahanlar iki mərhələdə aparılır:

I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. 

Aqşin Kərimov