Bakıda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

01:00 27-01-2020 362

Nizami rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb. “Neolit” restoranının qarşısında “Kia” və “Opel” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı üç nəfər - Nağıyev Çingiz İsgəndər oğlu, Həmzəyev Həmzə Vəkil oğlu və Bürcəliyev Tural Əkrəm oğlu xəsarət alıblar.

Yaralılar üç saylı Şəhər Klinik Xəstənasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli