Yeni Zelandiyada beşayaqlı buzov doğulub

07:00 03-02-2020 605

Yeni Zelandiyalı fermer Melissa Kleverson yeni doğulan buzovun şəklini paylaşıb.

“Daily Mail” xəbər verir ki, şəkildəki buzovun beş ayağı var.

Qeyd etmək lazımdır ki ayaq heyvanın belindən sallanır.

Həmçinin buzovun başı deformasiyaya uğrayıb.              

Məlumata əsasən, bu cür mutasiyaya səbəb ya genetik anomaliya, ya da inəyin qarnında iki əkiz buzovlardan birinin digərinin hissəsinə çevrilməsi olub.