Bakıda idarəetmədən çıxan motosiklet ağaca çırpılıb, xəsarət alan var – FOTO

05:20 04-02-2020 478

Səbail rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

HerGun.Az xəbər verir ki, qəza “Azneft” dairəsi yaxınlığında qeydə alınıb.

"Harley Davidson" markalı motosikletin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi əvvəlcə səkiyə, daha sonra yol kənarındakı ağaca çırpılıb. Hadisə zaman motosikletin sürücüsü ağır xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli