Vladimir Putin Polad Bülbüloğlunu təbrik etdi

11:40 04-02-2020 399

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri, bəstəkar, müğənni Polad Bülbüloğlunu 75 illik yübileyi münasibəti ilə təbrik edib.

TASS-ın xəbərinə görə, bu barədə Kremlin saytında təbrik teleqramı yayımlanıb.

“75 illik yubileyiniz münasibəti ilə ən səmimi təbriklərimi qəbul edin. İllərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin və səmərəli əməkdaşlığın inkişafına çox böyük töhfələr vermisiniz. Əlbəttə ki, Rusiyada sizin bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız yüksək qiymətləndirilir, ilhamverici yaradıcılığınıza dərin sevgi bəslənilir”, - deyə Rusiya dövlət başçısının təbrikində ​​qeyd olunur.

Vladimir Putin Polad Bülbüloğluna cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıb.