İranda kosmosa uça biləcək kapsulalar hazırlanır

02:40 05-02-2020 399

İran kosmonavtlar üçün kapsulaların hazırlanması üzərində işlər aparır.

“İSNA” xəbər verir ki,bunu İranın İnformasiya  və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cəhromi deyib.

“Biz bu gün bunu bəyan etməyə hazırıq. Elm nazirliyinin araşdırma mərkəzinə üç il ərzində beş kosmik kapsulaların hazırlanması ilə bağlı tapşırıq vermişik. Bu kapsulalar insanları 190 kilometr hündürlüyə qaldıra biləcək”, - deyə nazir əlavə edib.