Şəkildə fotoşopu müəyyən edən xidmət istifadəyə verildi

06:00 05-02-2020 545

Alphabet Inс.  Şirkətinin nəzdində olan Jigsaw kompaniyası “Assembler” adlı pulsuz xidməti istifadəyə verib.

“The New York Times” xəbər verir ki, bu xidmət vasitəsi ilə saxta şəkilləri və fotoşəkllərdə fotoşop izini müəyyən etmək mümkündür.

Layihənin müəllifləri bu xidmətin məqsədinin saxta məlumatlara qarşı mübarizə olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, xidmət yeddi “detektordan” ibarətdir.