Keniyada 14 məktəbli həyatını itirdi

07:00 05-02-2020 376

Keniyanın orta məktəblərindən birində yaranmış basabas nəticəsində 14 şagird həyatını itirib, 40-ı isə müxtəlif dərəcəli xəsarətlər alıb.

“Daily Mail” xəbər verir ki, hadisə paytaxt Nayrobidən şimal-qərbdə yerləşən Kakameqa şəhərində baş verib.

Yerli vaxtla saat 17:00-da, dərs bitdikdən sonra məktəbin çıxışına qaçan uşaqlar basabas yaradıb və nəticədə hadisə baş verib.

Ölkənin Təhsil Nazirliyi uşaqların ölümü barədə məlumatı təsdiqləyib.