Erotik romanların müəllifi azyaşlılara təcavüz etdi

11:40 05-02-2020 451

Rusiyanın Moskva şəhərində təqaüdçü azyaşlı uşaqlara təcavüz edib.

Bu barədə REN TV-nin xəbər yayıb.

Xəbərdə bildirilir ki, 63 yaşlı kişinin arvadı bu barədə polisə şikayət edib.

O, ərinin öz evində üç azyaşlı uşağa təcavüz etdiyi deyib. Bundan başqa, qadın ərinin onu dəfələrlə döyərək zorladığını da bildirib.

Faktla bağlı şübhəli bilinən şəxs saxlanılıb, onun barəsində cinayət işi açılıb.

Qeyd edək ki, həmin şəxs bir neçə dəfə sosial şəbəkələrdə arvadı ilə olan intim münasibəti barədə erotik romanlar yayımlayıb.