MSK bəzi namizədlərə xəbərdarlıq etdi

16:40 05-02-2020 444

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bəzi deputatlığa namizədlərə xəbərdarlıq edilib.

HerGun.Az-ın məlumatına görə, MSK üzvü Tofiq Həsənov deyib ki, bəzi namizədlər hərbçilər qarşısında təşviqat kampaniyası aparan zaman tələbləri pozurlar.

O bildirib ki, namizəd hərbi hissədə seçicilər qarşısında görüş keçirmək istəyəndə həmin hərbi hissənin komandiri bu barədə Dairə Seçki Komissiyasına (DSK) məlumat verməlidir.

“Bundan sonra DSK sədri digər namizədlərə də məlumat verməlidir. Əgər bu tələb yerinə yetirilmirsə, seçki subyekti haqqında müvafiq tədbir görülməsi tələbi yaranır”, - deyə T.Həsənov əlavə edib.

İclasda bununla bağlı namizədlərə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.

Aqşin Kərimov