Usta şagirdini mühərrik kəməri ilə döydü - FOTO

13:20 06-02-2020 370

Türkiyənin Konya şəhərində avtomobil təmirçisi vəhşicəsinə döyülüb.

DHA-nın xəbərinə görə, 33 yaşlı Fateh S. adlı usta yanında işləyən 16 yaşlı M. A. adlı yeniyetmə tələbəsini döyüb.

Belə ki, M.A. Fateh S.-nın yanında işləyən zaman təmir alətlərindən birini əlindən yerə salıb.

Usta buna görə onu mühərrik kəməri ilə döyərək yaralayıb.

Qohumunun köməyilə oradan çıxan M. A. hadisə ilə bağlı polisə şikayət edib. Hadisəni törədən Fateh S. isə saxlanılsa da, iddianı qəbul etməyərək, ona böhtan atıldığını bildirib və sərbəst buraxılıb.

Sonradan ailənin vəkili M. A.-nın hadisədən sonra əsəblərinin pozulması, psixoloji müalicə edilməsini əsas gətirərək etiraz edib.

Fateh S. məhkəmə qərarı ilə tutulsa da, onun həbsdə qaldığı müddət və istintaqdan yayınma ehtimalının olmaması səbəbi ilə azadlığa buraxılıb.

O, məhkəmədə verdiyi ifadədə M. A.-nın daima təmir əşyalarını sındırdığını deyib:

“Həmişə təmir əşyalarını sındırırdı, burada yazıq vəziyyətdə olan mənəm. Cəmi iki şillə vurmuşam”, - usta deyib.